Memarlıq gününüz mübarək

amını yeni mövsümdə salamalayıram. Nəhayət memarlıq adından 3-cü mövsüm üçün start verdik. Güman edirəm ki, yeni mövsümdə daha çox sizi maraqlandıran mövzulara toxunacağıq, yeni layihələr və işlərlə görüşünüzə gələcəyik. Mövsüm açılışının oktyabr ayına qədər gecikməsinin bir neçə səbəbi var. Əvvəla, ilk yazını tamamlamaqda olduğum layihə ilə start verməyi planlaşdırırdım, yeri gəlmişkən növbəti yazı onunla əlaqəli olacaq. İkinci səbəb isə bu günün beynəlxalq Memarlıq Günü olması ilə əlaqədardır :)

Hamını bu gün münasibəti ilə ürəkdən təbrik edirəm. Fərqi yoxdur memar olan və ya olmayanlar, bu gün hamımızın bayramıdır. Çünki hər kəs, memar olmayanlar belə günün 24 saatı memarlıqla təmasda olur, ona görə hamılıqla bu günü bayram səviyyəsində qeyd etməli hətta dünyanın ən qədim sənətinin  – memarlığın ümumbəşəri bayramı kimi qəbul etməliyik :)

Memarlar günü qeyri-adi orijinal tarixdə qeyd olunur. Belə ki, 1996-cı ildən etibarən hər oktyabr ayının ilk bazar ertəsi günü “ümumdünya memarlıq günü” kimi qeyd olunur, və hər il bu tarix dəyişir. Məsələn, gələn il memarlıq günü oktyabr ayının 1-nə təsadüf edəcək.


Bu gün qeyd etdiyim kimi 1996-cı ildən Birləşmiş Millətlər Təşkilatının və Beynəlxalq Memarlar İttifaqının birgə qərarı ilə “Dünya Mənzil Günü” ilə birlikdə qeyd olunmağa başladı.

Belə gündə memarları birgə görmək xoş olardı, qeyd olunmağa dəyər gündür. Bir daha hər kəsi memarlıq günü münasibəti ilə təbrik edirəm :)

Artıq aramızda olmayan, vəfat etmiş ustad memarlarımızın əziz ruhu şad olsun, bu gün həm də onları yad etmək üçün yaxşı fürsətdir.

QEYD: yeri gəlmişkən dünya interyer dizaynerləri (daxili məkan memarları) günü də 31 maya təsadüf edir