“Dövrünü qabaqlamış ev”in təhlili

Memar M. Hüseynovun bağ evini təhlil etmək və sizinlə bölüşməyi çoxdan istəyirdim. Ön fasadın ortoqonal layihəsin tapa bilmədim. Təhlillərim perspektiv təsvirdən olsa da güman edirəm ki, təxmini ölçüləri tapa bilmişəm. Planları da həmçinin təxmini, yaddaşımdan istifadə edərək çəkdim.

Ev bir nəfərin yaşaması üçün nəzərdə tutulub. Ancaq evdə rahatlıq və estetiklik yüksək səviyyədə həll edilib.

Ev iki mərtəbədən və damda böyük terrasdan ibarətdir.

Təsnifat:

(I mərtəbə)

1. Qaraj

2. Hamam

3. Nahar otağı

4. Mətbəx

5. Həyət

6. S/Q

(II mərtəbə)

  1. Balkon
  2. Giriş
  3. S/Q
  4. Qonaq otağı
  5. İş otağı
  6. Qarderob
  7. Yataq otağı

(Təsnifatda yazdığım otaqları fərziyəmə əsasən adlandırdım)

Ev soyuqdan qorunması üçün şimal tərəfdən tamamilə bağlıdır. Birinci mərtəbədə üstübağlı boşluq, hər iki tərəfi açıq və daimi kölgəli, əsl bağ evi üçün sərin məkan yaradılıb. Və burdan dənizə gözəl mənzərə açılır. Üstəlik həyətə daxil olanda birbaşa dəniz görünür. İkinci mərtəbədə isə qonaq otağı iki tətəfrən (şərqə və qərbə baxan divarlar) döşəmədən tavana qədər şüşədən ibarətdir ki bu da şərqdə dənizdən günün çıxmasına və qərbdə günün batmasına gözəl panorama açır.

Evin venustas həlli yəni gözəlliyi isə qeyri adi tərzdə mükəmməl işlənilib. Fasaddan  Polladonun ritmlərini, Da Vincinin qızıl bölgüsünü tapdım. Kvarta, Kvinta, Aktava, Qızıl bölgü ilə zəngindir. Hətta pərdələr də evin ümumi mütənasibliyinə tabedir.

1-ci şəkildə Aktava görürük,

2-ci şəkildə aktavanın necə zəngin işlənməsi,

3 də kvarta,

4 də kvinta,

5 də qızıl bölgü,

6,7,8-ci şəkillərdə ümumi ritmlərin oynamasını,

9-cü şəkildə isə evin xırda elementləri ilə əsas elementlərinin ümumi mütənasibliyini görürük.

Ev 1965, 70-ci illərdə tikilməsinə baxmayaraq indiki bir çox evdən mükəmməl həll edilib. Təəssüf ki indi dağılmaq (dağıdılmaq) təhlükəsi var.