Binalara verilən tələblər haqda əvvəlki yazılarımdan birində 3-lük barədə məlumat vermişdim. Vitruvi üçlüyü – uyğunluq, möhkəmlik, gözəllik (yunanca adları müvafiq olaraq – utilitas, firmitas, venustas)
Bu üç tələb qədimlərdən bu günə qədər memarlığın əsas 3 tələbi olmuşdur. Lakin dünya inkşaf etdikcə yeni tələblər ortaya çıxdı. XX əsr dünyanın əvvəlki əsrlərlə müqayisədə ən çox inkşaf etdiyi əsrlərdən biri idi. Kapitalizmin yaranışı bəşəri sənətə – memarlığa təsirsiz ötüşmədi. Yeni tələb – İqtisadi tələb yarandı. Bunun səbəbi “pul”un insan həyatında tutduğu mühim yer idi. Bu gün də memarlıqda “4-cü tələb” vacib sayılır.
XXI əsrə qədəm qoyduqda isə yeni tələblər ortaya çıxmağa başladı. Əsası XX əsrdən qoyulan ekoloji bəlalar əsrimizin əsas problemlərindən birinə çevrilib. Bunun üçün insanlar hər sahədə ələxsus memarlıqda ekologiyanın kirlənməsinin qarşısını almaq yollarını inkşaf etdirməyə cəhd göstərirlər. Bununla 5-ci tələb – Ekoloji tələb yaranır. Bu tələbi ödəmək üçün (sadə yolla desək) radiaktiv tullantılardan qaçmaq, təbiətə yaxınlaşmaq lazımdır. Təbii enerji qaynaqlarından istifadəyə geniş yer ayırmaq lazımdır.
Artıq memarlığı yer kürəsinin yeni qatı saymaq olar. Torpaq qatından sonra gələn tikinti qatı. Memarlıq dayanmadan genişlənən sahələri əhatə etməyə başlayır. Əgər memarlıq obyektləri radiaktiv obyektlər olsalar dünyanın sonunu fikirləşmək insanın tüklərini biz-biz edir. Amma hər memarlıq obyektinin öz təbii enerji qaynağı olsa, yaşıllıqlarla təchiz edilsə, və ən əsası təbii materiallarla inşaa olunsa bir o qədər də təhlükəli xarakter almaz.
Binalara verilən tələblərə bir daha nəzər salaq
- Uyğunluq
- Möhkəmlik
- Gözəllik
- İqtisadi tələb
- Ekologi tələb
QEYD: ekologiyanı sevin, onu qoruyun. Memarlıq bəşəri sənətdir, biz memarlar qlobal miqyasda olmasa da dünyamıza müəyyən tövhə verə bilərik
Şəhər salma və idarə etmə sistemi siyasətcilərdən alınıb memarlara verilsəydi yəqin ki dünyamız daha yaşanacaq bir yer olardı.(məsələn venus project.v s saysız layihələr heyif ki sadəcə kağız üzərində qalır)
yenədə yeni ekologi məmarlıq ümüd verici inkişaf edir.
Razıyam, əslində siyasətçilər memarlardan (yaradıcılıq baxımından) asılı olmaları yerinə bizdə əksinədir. Ona görə də inkşaf gec gedir. Ekoloji memarlığın ölkəmizə gəlməsi də çox güman ki, uzun və mürəkkəb yol qət edəcəkdir, mövcud problemlərə görə
bu venus project. vs nediki bele?
Zakir, Venus Projects ekoloji şəhərsalmaya dair təklif edilmiş ən yaxşı layihələrdən biri idi, amma dövrünə və tələblərinə görə qəbul olunmadı. Çox güma ki, müasir memarlığımız bu istiqamətdə inkşaf edəcək
sizin sayənizdə yeni bir siyasət haqda məlumat aldığıma görə təşəkkür edirəm. çox heyiflənirəmki bu gözəl ideyalarımızı reallaşdıra bilmirik…
Diqqətinizə görə mən sizə təşəkkür edirəm, Yunis bəy. Məncə reallaşdırmaq çətin məsələ deyil, sadəcə bunun vacibliyini sifarişçiyə qəbul etdirmək və ən əsası bunu reallaşrımağı ürəkdən istəmək lazımdır. Çünki bunun vasitəsi ilə, obrazlı desək, dünyanı müəyyən bəlalardan xilas etmək olar
Təşəkkürlər!
Davamı olmalıdır
Təşəkkür edirəm
Kateqoriyalar
Blogroll