Zaha, nənəm, Məmməd və mən

ZAHA HADİD haqqında ilk dəfə 1987-ci ildə SSSR Memarlar ittifaqının orqanı olan “Memarlıq” qəzetində rast gəlmişdim.. Konseptual işlərini tələbə ikən öyrənməyə başladım, çox maraqlı idi və yeni söz idi.

Sonra kiçik işləri oldu. Tikililərdən söhbət gedir. Memarlığa maraqli baxış idi. Sonra dünyada əlbəttə ki, dünya maliyyə böhranından əvvəl artıq bir pul kütləsi vardı və bu da bəzi memarların bu pul kütləsindən istifadə edərək özlərinə başqalarının pulundan heykəl qoymalarına gətirib çıxardı. Bu memarlar qlamur jurnalların üzdən savada malik jurnalistleri tərəfindən reklam olunur, memarlığın ancaq dizayn prinsipini əsas götürərək başqa prinsiplərini –  mühit, region, iqlim, tikiləcək yerin xalqının mentallığını və s. bilmədən layihələndirirdilər. BUNLAR səyyar sirklərdə çıxış edən akrobatlara bənzəyirlər. Yerindən, məkanından asılı olmayaraq incəsənət, memarlıq fəlsəfəsini bilməyən sifarişçiyə xoş gəlmək, şou düzəltmək…

Məsələn, vaxtı ilə hörmət etdiyim böyük Norman Foster. Keçmiş Moskva merinin həyat yoldaşı Baturina yuxusunda kəsilmiş portağal görür. Ona deyir, dağ boyda memar da Moskva kimi şəhərin mərkəzində onun yuxusunu layihələndirir. Bu da ser, lord Norman Foster. Son iki ildə dünya memarlığında dünya iqtisadiyyatının dəyişməsi ilə əlaqədar tamam başqa – daha gənc, tam başqa memarlıq dolaşır. Zaha Hadid, Norman Foster kimiləri isə pulu çox, ümumi incəsənət savadının az olduğu ölkələrə çəkilir. Bu labüddür. Əsl memarlar isə qalır… T. ANDO, P. CUMTOR, F. MAKI, J. Herzog və DE MEURON……

Nəriman İamaməliyev