Yeni layihə – Təcrübəli memarlarla tələbələr arasında körpü

Artıq bu gündən etibarən MEMARLIQ.com bloqunda yeni layihəyə start verilir. Layihənin məqsədi Azərbaycan memarları ilə tələbələr və ümumiyyətlə Azərbaycan vətəndaşı arasında körpü yaratmaqdır. Məşhur yerli memarlar bu gündən etibarən hər ay 1-2 məqalə ilə öz fikirlərini Azərbaycan dilində bizlərlə bölüşəcəklər.

İlk addımı məşhur memar Nəriman İmaməliyevlə, onun məqalələri ilə başlayacağıq. Ümid edirəm ki, tələbə memarlar üçün bu körpü yararlı olacaq həmçinin digər oxucular üçün də maraqlı mənbə olacaqdır.