Binalara verilən tələblər

Memarlıqdan danışmağa başlayanda bir çox memar və bu ixtisası tədris edən müəllimlər ilk əvvəl Vitruvi üçlüyündən söz açırlar. Vitruvi eradan əvvəl 1-ci əsrdə yaşamış Roma yazıçısı,memar və mühəndisidir. Onun bir çox kitabları var ki onlardan “De Architectura” adlı kitabında “Utilitas, Firmitas, Venustas”-Vitruvi üçlüyündən bəhs edir. Utilitas-uyğunluq, yararlılıq; Firmitas-möhkəmlik; Venustas isə gözəllik mənasını verir.

Utilitasın əhəmiyyəti:

Hər hansısa bir nəfər sizə yaşamağınız üçün konsert zalı verə bilər. Təbii ki siz orada yaşaya bilməzsiniz. Çünki yaşayış üçün sizə lazım olan otaqlar orada olmayacaq və üstəlik əlavə lazımsız otaqlarla dolu olacaq. Amma hər bir memar və ya sadəcə bu işi bilən hər kimsə sizə yaşamaq üçün mətbəxi, yataq otağı və sairəsi olan ev təklif edəcək. Bu ucuz və düzgün variantdır.

Firmitasın əhəmiyyəti:

Firmitas qeyd etdiyimiz kimi möhkəmlik deməkdir. Bu anlayış memarlığın ən vacib şərtlərindəndir. Nəzərə alaq ki hər hansısa memarlıq nümunısində möhkəmlik olmazsa bu isanların həyatına təhlükə yarada bilər. Və memarlığın kifayyət qədər çətin bölməsidir.

Venustas:

Memarlıq dedikdə ağıla gələn ilk şey onun istər funksionalığından istərsə də möhkəmliyindən daha çox  gözəlliyidir. Bu hər bir insana xas olan keyfiyyətin-estetikliyə olan təlabatın memarlıqda əksidir. Düzdür, gözəlliyi olmayan evdə,binada yaşamaq, məktəbdə təhsil almaq olar ancaq nəzərə alsaq ki insan baxdığı hər bir şeydə gözəllik axtarır deməli bu amil də digərləri kimi vacibdir.

Müasir memarlıqda binalara verilən tələblər:

1. Funksiolan tələb (utilitas)

2. Konstruktiv tələb (firmitas)

3. Estetik tələb (venustas)

4. İqtisadi tələb (memarlıqda binanın həllində lazımından artıq pul itirmək ciddi səhv sayılır)

QEYD: bu yazını əvvəlki gizli blogumdan redaktə edib yazdım. Tam mətni buradan oxuya bilərsiniz.