Discovery Science kanalında yayımlanan dünya şöhrətli tikinti və memarlıq proqramı Build it Bigger verlişi Bakıdakı memarlıq obyektləri barədə veriliş hazırlayıb. Daha dəqiq dünyanın ilk alovşəkilli Azərbaycanın isə ilk göydələnləri sayılan binalardan və Heydər Əliyev Mədəniyyət Mərkəzindən bəhs edir. Proqram bu gün Bakı vaxtı ilə 07:00 -da nümayış olundu, internetdə video çarxları tapan kimi sizinlə isti-isti bölüşmək istədim :) Aparıcı dünya şöhrətli dizayner Danny Forster sayəsində binaların həm memarlığı həm də mühəndis həlləri ilə tanış olacaqsınız. Bu iki möhtəşəm, həm Azərbaycan həm də dünya üçün yenilik gətirən binaların ən müasir texnologiyalardan istifadəsi, istifadə olunan materialların xüsusiyyətləri və dəqiq sayları mühəndislər tərəfindən izah edilir.
Verilişdə həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi vəziyyəti, yerləşdiyi coğrafi mövqeyi və digər informasiyalar dünya tamaşaçısına çatdırılır.
QEYD: operativlikdə göstərdiyi köməkliyə görə Turan Xeybərliyə təşəkkür edirəm
i feel proud of my country)
ela videodur. maragli ceheti, butun esas ish icracilari turklerdir :)))
Yaxşı ki türklərdir, bizim ustalarla bu işi başa çatdırmaq çox çətin olardı :)
Discovery Science kanalina men hamise baxiram cox hedden artiq coox maraqlidir. avropada binalar sirayla seliqeli tikilib ama bizimkiler nece geldi ordan burdan… memar olmaq arzusundayam ama hec bilmirem bakida yer olacaq goresen? Azerbaycanda binalar beledise onda men avropada bina tikdirmeliyem. halbuki men Azerbycanda en uca en gozel binalari men layihelendirerdim.
Kateqoriyalar
Blogroll